Bu ilin yanvar-mart aylarında Azərbaycanda 8 milyon 347,8 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 8 milyon 323,4 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin eyni ayları ilə müqayisədə 5,3 % (əmtəəlik neftin həcmləri isə 5,4 %) azdır.
Bu ilin ilk üç ayında 11 milyard 802,9 milyon kubmetr təbii qaz da hasil edilib. Bunun 9 milyard 84,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 13,5 %, əmtəəlik qaz hasilatı isə 16,4 % artıb.