Azərbaycanda dövlətdən pulsuz qaz alan dini məbədlərin sayı 12% artıb

Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkədə fəaliyyət göstərən 371 məscid və digər dini məbədlərə qaz verib.

“Report”un məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 vahid və yaxud 12,4% çoxdur.

Azərbaycanda hər dini məbəd dövlətdən ildə 5 min kubmetr pulsuz təbii qaz alır.

Digər xəbərlər