2019-cu ildə “Azəristiliktəchizat” ASC-də 1448,7 min Qkal istilik enerjisinin istehsalına 202,6 mln kubmetr qaz sərf olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.
Bildirilib ki, istilik təchizatı sahəsində görülən işlər 2004-2005-ci illərlə müqayisədə 2019-2020-ci illər istilik mövsümündə istilik mənbələrinin sayının 392 ədəd və ya 3,4 dəfə, yaşayış binalarının sayının 2882 ədəd və ya 3,9 dəfə, məktəblərin sayının 142 ədəd və ya 2 dəfə, uşaq bağçalarının sayının 73 ədəd və ya 1,9 dəfə, səhiyyə obyektlərinin sayının 102 ədəd və ya 2,7 dəfə, digər obyektlərin sayının 1806 ədəd və ya 20,6 dəfə artırılmasına imkan verib.