Azərbaycan və Xorvatiya energetika sahəsində əməkdaşlığın potensial istiqamətlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç bildirib.
Zebiç sosial şəbəkələrdə yazıb ki, "Azərenerji" ASC-nin rəhbəri Baba Rzayevlə konstruktiv görüş keçirib.
"Energetika sahəsində gələcək əməkdaşlığın potensial istiqamətləri müzakirə edildi", - səfir qeyd edib.