Bu ilin yanvar-fevral aylarında Azərbaycana təbii qaz idxalı 208 milyon 866,25 min kubmetr təşkil edib və bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 67,5 % azdır.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir.
Statistik məlumatlara görə, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan təbii qazın dəyəri 31 milyon 329,94 min ABŞ dolları (azalma 72 %) təşkil edib.
Hesabat dövründə qaz idxalının bütün həcmi Türkmənistanın (kəmiyyət ifadəsində 2,4 dəfə, dəyər ifadəsində 2,5 dəfə artım) payına düşüb.