Azərbaycan Türkiyəyə neft satışını 33 % azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 218 min 277,77 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 120 milyon 136,76 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyun aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33,2 %, dəyəri isə 12,03 % azdır.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi ixracında payı 1,69 % olub.

Xatırladaq ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 milyon 915 min 622,66 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 9 milyard 361 milyon 250,13 min ABŞ dolları təşkil edib.

Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.

Digər xəbərlər