Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 300,742 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.
Təkcə iyulda Türkiyə Azərbaycana 48,862 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 24,6 % çoxdur.
7 ayda Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 9,5 % artaraq 18 milyard 420 milyon ABŞ dollarına, iyulda isə 19,4 % artaraq 2 milyard 596 milyon ABŞ dollarına çatıb.