Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 161,522 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 % azdır.
Təkcə apreldə Türkiyə Azərbaycana 40,124 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,3 % çoxdur.
Hesabat dövründə Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 7,3 % artaraq 10 milyard 541,3 milyon ABŞ dollarına, apreldə isə 5 % artaraq 2 milyard 503,1 milyon ABŞ dollarına çatıb.