Azərbaycan Türkiyədən kimyəvi maddələr idxalına çəkdiyi xərci 3 %-ə yaxın azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 214,215 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.

Təkcə mayda Türkiyə Azərbaycana 52,727 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,5 % çoxdur.

Hesabat dövründə Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 10,7 % artaraq 13 milyard 583 milyon ABŞ dollarına, mayda isə 24,3 % artaraq 3 milyard 033 milyon ABŞ dollarına çatıb.

Digər xəbərlər