Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 286 milyon 654 min ABŞ dolları dəyərində kimyəvi maddə və məhsulları ixrac olunub.
“Report” xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 4,1 % çoxdur.
Həmçinin, 2023-cü ilin iyul ayında Türkiyədən Azərbaycana 39 milyon 279 min ABŞ dolları dəyərində kimyəvi maddə və məhsulları gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % artım deməkdir.