Azərbaycan bu ilin yanvar-aprel aylarında Türkiyədən 50 min 728,65 ton gəmi yanacağı idxal edib.
“Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) istinadən xəbər verir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gəmi yanacağının idxalı 5 dəfə artıb.
Türkiyədən idxal edən ölkələr arasında Azərbaycan birinci yeri tutub. Bu tədarüklərin strukturunda ölkənin payı 58,3 % təşkil edib.
Bildirilib ki, hesabat dövründə Türkiyə xarici ölkələrə 87 min 015,10 ton gəmi yanacağı tədarük edib.
Ümumilikdə bu müddət ərzində 7 ölkəyə (Rusiya, Qazaxıstan, İtaliya, İsrail, Portuqaliya və Türkmənistan) tədarük həyata keçirilib.
Aprel ayında Azərbaycan Türkiyədən 18 min 677,42 ton (xüsusi çəkisi 59,1 %) gəmi yanacağı idxal edib.