Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 311,9 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 181,88 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya ixrac olunmuş xam neftin həcmi 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 88 %, dəyəri isə 3,3 dəfə çoxdur.
Azərbaycandan Rusiyaya ixrac edilən xam neftin ümumi ixracda payı 1,36 % olub.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumilikdə 5 milyon 887 min 523,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 680 milyon 031,85 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 16,4 % az, dəyəri isə 38,1 % çoxdur.