Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 895 min ABŞ dolları dəyərində 730,58 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 44 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rumıniyadan 606,82 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 496 ton (+85,3 %) və Rusiyadan 287,85 min ABŞ dolları dəyərində (+9,1 %) 234,77 ton (-3 %) yanacaq tədarük edib.
2022-ci ildə Azərbaycana (Rusiya və Rumıniyadan) idxal edilən 1 min 671 ton “Aİ-98” benzinin 61 %-i Rusiyanın payına düşüb.