Azərbaycan rekord həcmdə Aİ-98 benzini idxal edib

Bu ilin ilk 10 ayında Azərbaycana xaricdən 2,395 milyon ABŞ dolları dəyərində 2 min 684,79 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, son 11 ilin (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) rekord səviyyəsidir.

Həmin benzinin tədarükü ötən ilin analoji dövrü ilə müqayisədə 10 ayda dəyər ifadəsində 40,36 %, kəmiyyət olaraq – 24,56 %, əvvəlki ayla müqayisədə oktyabrda - müvafiq olaraq 19,93 % və 17,2 % artıb. Oktyabrda bu marka benzin yalnız Litvadan idxal olunub. Hesabat ayında həmin Baltikyani ölkədən 397,99 min ABŞ dolları dəyərində 397,71 ton bu yanacaqdan alınıb.

İlin əvvəlindən Rumıniyadan 1,076 milyon ABŞ dolları dəyərində 1 min 325,74 ton, Litvadan 1,032 milyon ABŞ dolları dəyərində 1 min 020,77 ton, Belarusdan 196,46 min ABŞ dolları dəyərində 237,45 ton, Yunanıstandan 90,33 min ABŞ dolları dəyərində 100,83 ton “Aİ-98” markalı benzin tədarük edilib.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20
Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45