Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14,927 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən 9 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2,952 milyard ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 46,99 %, dəyəri isə 56,03 % çoxdur.
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 20,17 % olub.