Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 18,3 milyon ABŞ dolları dəyərində 14 min 359 ton propilen göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 82 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 17,87 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 13 min 971 ton (+3,2 dəfə), Özbəkistana 238 min ABŞ dolları dəyərində (+8,2 dəfə) 189 ton (+9,5 dəfə), Belarusa 111 min ABŞ dolları dəyərində (-70 %) 85 ton (-60 %) və Türkiyəyə 82,6 min ABŞ dolları dəyərində (-96,3 %) 113,75 ton (-92,8 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilən 34,9 min ton propilenin 90,5 %-i Rusiyanın payına düşüb.