Azərbaycan ötən il Gürcüstanın yanacaq və sürtkü yağları aldığı 2-ci əsas bazar olub

2024-cü ildə Gürcüstan Azərbaycandan 341,42 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 16 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Ötən il Gürcüstan xarici ölkələrdən 1 milyard 842 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 9,3 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 774 milyon ABŞ dolları, Bolqarıstandan 184 milyon ABŞ dolları, Rumıniyadan 164 milyon ABŞ dolları, Türkiyədən 87 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Digər xəbərlər