​Azərbaycan nefti ucuzlaşıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,88 dollar yaxud 1,95% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,29 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Digər xəbərlər

Şahbuzda üç saat işıq olmayacaq 13 yanvar, 2026 / 10:47
Azərbaycan nefti cüzi bahalaşıb 13 yanvar, 2026 / 09:45