Azərbaycan nefti 20%-dək bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,9 ABŞ dolları, yaxud 19,27% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 24,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35
Azərbaycan nefti cüzi bahalaşıb 18 noyabr, 2026 / 09:33