Azərbaycan nefti 1% bahalaşıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,61 dollar və yaxud 1,16% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 52,99 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 10 avqust, 2026 / 13:34
Sabah Astarada qaz olmayacaq 10 avqust, 2026 / 12:12