Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 548 024 ton neft məhsulları ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ilin I yarısında ixrac olunan neft məhsullarının dəyəri 282,794 mln. ABŞ dolları təşkil edib.
Bu ilin I yarısında ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 44%, dəyəri isə 1,9 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 3,26% olub.