Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 1 milyon 165 min 187,75 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 552,203 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 34,6 %, dəyəri isə 2,31 dəfə çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,28 % olub.