Azərbaycan neft ixracından gəlirlərini 37 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 25 milyon 537 min 504,3 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 12 milyard 285 milyon 430,87 min ABŞ dolları təşkil edib.

Bu ilin 11 ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 7,51 % az, dəyəri isə 37,5 % çoxdur.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 62,05 % olub.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20