Azərbaycan Neft Fondu bu il "AÇG" layihəsindən 993 mln. dollar qazanıb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından bu ilin iki ayı ərzində 993 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

“Report”a fonddan verilən məlumata görə, ARDNF-ə "AÇG” yataqları üzrə mənfəət neftinin satışından 2001-ci ildən 2017-ci il martın 1-dək ümumilikdə 123,102 mlrd. dollar vəsait daxil olub.

Digər xəbərlər