Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 175,312 ton neft bitumu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 39,204 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə neft bitumu ölkənin ümumi ixracdakı payı 0,2 % olub.