​Azərbaycan Monteneqronun qazlaşdırılmasında iştirak edə bilər

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti(SOCAR) Albaniya ilə yanaşı Monteneqronun da qazlaşdırılması layihəsində iştirak edə bilər. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev qeyd edib ki, iki dövlətin qazlaşdırılması layihəsi böyüdülərək birlikdə həyata keçirilə bilər.

"Bu daha gəlirli olar. Bu işlərə baxılır. Trans-Adriatik Boru Kəməri (TAP) istifadəyə verildikdən sonra Albaniyaya qaz nəql olunacaq. Bundan sonra qazın paylaşdırılmasına başlanılacaq", - deyə SOCAR rəhbəri qeyd edib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31