Bu ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı 470 min barel təşkil edib.
“Report” "S&P Global Commodity Insights"ın "Platts"ın sorğusu əsasında apardığı araşdırmaya istinadən xəbər verir ki, “OPEC+” sazişi çərçivəsində Azərbaycanın 2024-cü il üçün neft hasilatı kvotası gündəlik 551 min barel olduğu halda, may ayında faktiki hasilat 470 min barel təşkil edib.
“Bu o deməkdir ki, Azərbaycan may ayında "OPEC+" kvotasından gündəlik 81 min barel geri qalır”, - sənəddə qeyd edilib.
Bundan əlavə, may ayında aprel ayı ilə müqayisədə Azərbaycanda neft hasilatı gündəlik 10 min barel azalıb.