Azərbaycan Litvadan “Aİ-92” benzini tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 54,15 milyon ABŞ dolları dəyərində 58 min 624 ton "Aİ-92" markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 71 % azdır.

Hesabat dövründə Azərbaycan Litvadan 22,59 milyon ABŞ dolları dəyərində 20 min 943 ton, Türkmənistandan 19,56 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % azdır) 22 min 733 ton (-47 %) və Rusiyadan 11,99 milyon ABŞ dolları dəyərində (-93 %) 14 min 947 ton (-90 %) benzin alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvadan tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (4 ölkədən) idxal edilmiş 198 min 790 ton "Aİ-92" benzinin 75,5 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər