Bu ilin yanvar ayında Azərbaycan 21 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon ABŞ dolları və yaxud 2 dəfə çoxdur.
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 10,7 % artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.