Azərbaycan ilk dəfə Əlcəzair və İordaniyaya sürtkü yağları tədarük edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 51,5 milyon ABŞ dolları dəyərində 32 min 711 ton sürtkü yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37,5 %, kəmiyyət olaraq – 58,3 % çoxdur.

Azərbaycan Rusiyadan 17,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 22 min 286 ton (+3,3 dəfə), Türkiyədən 13 milyon ABŞ dolları dəyərində (+32 %) 4 min 545 ton (+14,3 %), Almaniyadan 8,7 milyon ABŞ dolları dəyərində (+32,3 %) 1 min 946 ton (+7,2 %), Belçikadan 2,5 milyon ABŞ dolları dəyərində (+38,3 %) 620,1 ton (+12 %), Birləşmiş Ərəb Əmirliklərindən 1,5 milyon ABŞ dolları dəyərində (+28 %) 629 ton (+21 %) məhsul idxal edib.

Hesabat dövründə Azərbaycandan xaricə 16,7 milyon ABŞ dolları dəyərində (+94 %) 14 min 899 ton (+92,5 %) sürtkü yağı göndərilib.

Azərbaycan Gürcüstana 3,4 milyon ABŞ dolları dəyərində (+14 dəfə) 4 min 147 ton (+21 dəfə), Türkiyəyə 3,1 milyon ABŞ dolları dəyərində (-48 %) 2 min 732 ton (-52 %), Ukraynaya 3 milyon ABŞ dolları dəyərində (+8,4 dəfə) 2 min 563 ton (+6,8 dəfə), Rusiyaya 1,2 milyon ABŞ dolları dəyərində 372 ton (bir il əvvəl tədarük olmayıb), İraqa 1,2 milyon ABŞ dolları dəyərində (+49 %) 912 ton (+60 %) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İordaniyaya (354 min ABŞ dolları dəyərində 317 ton) və Əlcəzairə (60 min ABŞ dolları dəyərində 63 ton) tədarük həyata keçirilib.

Digər xəbərlər