Azərbaycan idxal kerosini üçün aksiz vergisini minimuma endirib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycana idxal edilən kerosinin 1 tonuna 1 manat aksiz vergisi tutulacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

İndiyədək bu məbləğ 80 manat/ton olub. Bu qərar 90 gün müddətinə qüvvədə olacaq.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06