Azərbaycan hansı ölkələrdən neft idxal edib?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 185 min 701,98 ton neft idxal edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

İdxal olunan neftin dəyəri 106 milyon 040,27 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft idxalı kəmiyyət ifadəsində 45,2 %, dəyər ifadəsində 47,2 % azalıb.

İxracın strukturunda tədarükün əsas hissəsi Rusiyanın payına düşüb. Belə ki, hesabat dövründə bu ölkədən 69 milyon 743,5 min ABŞ dollar (il ərzində 34 % azalıb) dəyərində 126 min 323,38 ton neft (29,9 % azalıb) idxal edilib.

Azərbaycan qalan neft həcmlərini Qazaxıstandan - 28 min 804,35 ton (18 milyon 970,83 min ABŞ dolları) və Türkmənistandan - 30 min 574,26 ton (17 milyon 325,94 min ABŞ dolları) idxal edib.

Amma Dövlət Statistika Komitəsi neftin hansı məqsədlə idxal edildiyi barədə məlumat verməyib.

Digər xəbərlər