Azərbaycan Gürcüstanın mineral məhsul aldığı 2-ci əsas bazar olub

2024-cü ildə Gürcüstan Azərbaycandan 422,5 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 13 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 19,5 % payla 2-ci yerdə qərarlaşıb.

Ötən il Gürcüstan xarici ölkələrdən 2 milyard 165 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da əvvəlki ilə nisbətən 0,2 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 791 milyon ABŞ dolları, Bolqarıstandan 183 milyon ABŞ dolları, Rumıniyadan 164 milyon ABŞ dolları, Türkiyədən 145 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Digər xəbərlər