Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 528,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 8 % azdır.
Hesabat dövründə Gürcüstan ümumilikdə 1 798,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib ki, bunun da 29,4 %-i Azərbaycanın payına düşüb.
İlk 11 ayda qonşu ölkənin əsas elektrik enerjisi tədarükçülərinin ilk üçlüyündə Azərbaycanla yanaşı, Rusiya (1108,9 milyon kilovatt/saat) və Türkiyə (161,2 milyon kilovatt/saat) yer alıb.