Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 274 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 10,5 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr (56) sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,2 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da bir il əvvəlki göstəricidən 16 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 631 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 119 milyon ABŞ dolları dəyərində, Türkmənistandan 47,45 milyon ABŞ dolları dəyərində, Türkiyədən 24 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 1,94 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 406 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan tədarükünə çəkdiyi xərci 0,5 % azalıb.