Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 94,4 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkədə etilen istehsalı 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 8,1 % çoxdur.
Bu il avqustun 1-nə 1,1 min ton hazır etilen məhsulu qalığı yaranıb.
Hesabat dövründə Azərbaycanda 91 min ton həcmində polietilen, 85 min ton propilen istehsal edilib. İl ərzində polietilen və propilen istehsalı müvafiq olaraq 9,2 % və 2 % artıb.
Bu il avqustun 1-nə isə 11,8 min ton hazır polietilen və 1 min ton propilen məhsullarının qalığı yaranıb.