2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 4,9 milyon ABŞ dolları dəyərində 20 min 883 ton neft bitumu göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 2,9 dəfə, kəmiyyət olaraq – 2 dəfə artıb.
Hesabat dövründə Türkiyəyə 2,54 milyon ABŞ dolları dəyərində 11 min 142 ton, Gürcüstana 1,85 milyon ABŞ dolları dəyərində 7 min 387 ton, Ukraynaya 300,61 min ABŞ dolları dəyərində 1 min 366 ton, Özbəkistana 217,35 min ABŞ dolları dəyərində 987,95 ton məhsul satılıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyəyə tədarük müvafiq olaraq 4,5 dəfə və 3,2 dəfə artıb, Gürcüstana – 2,5 dəfə və 71,8 % artıb. 2021-ci ilin ilk iki ayında Ukrayna və Özbəkistana neft bitumu ixrac edilməyib.
Qeyd edək ki, Türkiyə ötən il ən çox neft bitumu satdığımız ikinci ölkə olub.