Azərbaycan əmtəəlik qaz hasilatını 4 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 8 milyard 245,7 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 6 milyard 305,6 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3 %, əmtəəlik qaz hasilatı isə 4 % artıb.

Ötən iki ayda Azərbaycanda 4 milyon 772,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 4 milyon 762 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin yanvar-fevral ayı ilə müqayisədə 6,7 % (əmtəəlik neftin həcmləri isə 6,7 %) azdır.

Digər xəbərlər