Bu ilin yanvar ayında Azərbaycanda 2 milyon 899,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 2 milyon 886,3 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,9 % (əmtəəlik neftin həcmləri isə 6,1 %) azdır.
Bu ilin ilk ayında 4 milyard 61,5 milyon kubmetr təbii qaz da hasil edilib. Bunun 3 milyard 180 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 12,8 %, əmtəəlik qaz hasilatı isə 18,3 % artıb.