Azərbaycan elektrik enerjisi ixracını artırıb

Ötən ay ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 10,8 milyon kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 milyon kVt/saat artıb.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlarında deyilir.

Bildirilib ki, oktyabr ayında ixrac isə 295,4 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 169,9 milyon kVt/saat artıb.

Bu ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 milyard 101,2 milyon kVt/saat, idxalı isə 115,7 milyon kVt/saat təşkil edib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31