Bu ilin yanvar-may ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 51,874 mln. ABŞ dolları dəyərində 1 210,691 min kVt/saat elektrik enerjisi ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7% az və 7,2% çoxdur.
Hesabat dövründə elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0,6% olub.