Bu ilin yanvar-fevral aylarında Azərbaycan 221,6 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
Bu barədə “Report” Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 618,5 milyon kVt/saat və ya 3,8 dəfə azdır.
Ötən iki ay ərzində Azərbaycan 32,5 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu da bir il öncəki göstərici ilə müqayisədə 11,5 milyon kVt/saat və ya 54,8 % çoxdur.
Bu ilin fevral ayında Azərbaycandan elektrik enerjisinin ixracı 229,1 milyon kVt/saat və ya 3,15 dəfə azalaraq 106,7 milyon kVt/saat təşkil edib. Ötən ay elektrik enerjisinin idxalı isə 13,5 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 3,37 milyon kVt/saat və ya 33,3 % çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 21 milyon kVt/saat, ixracı isə 840,1 milyon kVt/saat olub. Ötən ilin fevral ayı ərzində isə elektrik enerjisinin idxalı 10,13 milyon kVt/saat, ixracı isə 335,8 milyon kVt/saat təşkil edib.