2023-cü ilin yanvar-fevral aylarında "Azərenerji" ASC 1 milyard 731 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 227,2 milyon ABŞ dolları təşkil edib.
Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 6,1 dəfə və 14,1 dəfə çoxdur.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 5,03 %, qeyri-neft sektoru üzrə ixracında isə 34,88 % paya malik olub.