Azərbaycan elektrik enerjisi istehsalını 5% azaldıb

Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın enerji sistemində 4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Report"un "Azərenerji" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin iki ayından 4,8% azdır.

Cari ilin iki ayı ərzində istehsal olunan elektrik enerjisinin 1,9 mlrd. kVt/saatdan çoxu fevral ayının payına düşüb.

Qeyd olunub ki, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31