Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin yanvar-noyabr ayında 886,52 min ton dizel yanacağı ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur.
SOCAR-dan "Report"a verilən məlumata görə, 2014-cü ilin noyabr ayında şirkət dizel yanacağının ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% azaldaraq 60,477 min tona salıb.
Qeyd edək ki, bu ilin noyabr ayında dünya bazarında dizel yanacağının 1 tonu 694,86 ABŞ dolları qiymətinə satılıb və bu, 2013-cü ilin noyabr ayına nisbətən 23,6% azdır.