2022-ci il ərzində Azərbaycan xaricə 91,35 milyon ABŞ dolları dəyərində 70 min 566 ton polipropilen (ilkin formalarda) satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə ixrac dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 17 % azdır.
Azərbaycandan Rusiyaya 50,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % azdır) 36 min 546 ton (-34 %), Türkiyəyə 31,8 milyon ABŞ dolları dəyərində (+91 %) 28 min 120 ton (+89 %), Qazaxıstana 7,8 milyon ABŞ dolları dəyərində (-42%) 5 min 104 ton (-44 %), İrana 580 min ABŞ dolları dəyərində (+0,9 %) 316,8 ton (-29 %), Ukraynaya 517,18 min ABŞ dolları dəyərində (-86 %) 350 ton (-88 %) məhsul göndərilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük həyata keçirilib. Həmin ölkəyə Azərbaycandan 25 min ABŞ dolları dəyərində 21,3 ton polipropilen ixrac edilib.