Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,593 milyon ABŞ dolları dəyərində 1 min 330 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25,2 %, kəmiyyət olaraq – 24 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rumıniyadan 995,19 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,9 dəfə çoxdur) 814,1 ton (+2,4 dəfə), Rusiyadan 402,56 min ABŞ dolları dəyərində (-57 %) 357,1 ton (-54 %), Belarusdan 193,75 min ABŞ dolları dəyərində 158,8 ton (1 il 10 aydan sonra tədarük bərpa edilib) və Amerika Birləşmiş Ştatlarından 1,72 min ABŞ dolları dəyərində 0,04 ton benzin alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq ABŞ-dən tədarük həyata keçirilib.