Azərbaycan bu ilin ilk 4 ayında dəyəri 178 mln. dollardan çox olan neft məhsulları ixrac edib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan gömrük bəyannamələrinə əsasən, 359 966 ton həcmində neft məhsulları ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 178,474 mln. ABŞ dolları təşkil edib.

Yanvar-aprel ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 2,4%, dəyəri isə 1,8% azdır.

Bu ilin dörd ayında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,52% olub.

Digər xəbərlər