Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xaricə qaz satışı təxminən 16,9 milyard kubmetr təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-noyabr ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,8 % çoxdur.
Bu ilin yanvar-noyabr aylarında Türkiyəyə təqribən 7,7 milyard kubmetr, Avropaya təqribən 7,3 milyard kubmetr, Gürcüstana isə 1,8 milyard kubmetr qaz ixrac edilib.
Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 92 milyon kubmetr qaz verilib.