Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 13,4 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyun ayları üzrə operativ məlumatlarında deyilir.
Məlumata görə, bunun 12,6 milyon tona yaxını konsorsiumun, 780 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.
Neftin (kondensatla birlikdə) ixraca nəqli 2021-ci ilin müvafiq dövrünə nisbətən 600 min ton, yəni 4,3 % azdır.